Mobil versiya
Qalmaqallarına görə Tolikin verilişi bağlandı, indi isə... - "Onu it yerinə qoymuşam"
Tarix: 21-06-2021 | Saat: 13:07
Bölmə:Şou-biznes | çapa göndər

Qalmaqallarına görə Tolikin verilişi bağlandı, indi isə... - "Onu it yerinə qoymuşam"

Əməkdar artist Elza Seyidcahan qalmaqalda olduğu müğənni Mətanət Əsədova barədə danışıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, bəstəkar-müğənni "ATV maqazin onlarla" verilişində Mətanət barədə bu sözləri deyib:

"Azərbaycanın gözəl səsli müğənnisidir. Çoxlu mənfiləri var. Amma onları demərəm. Mən efirdə ona nəsə demişəmsə, tərifləmişəm. Tərifimi çeviriblər, deyiblər ki, bizə pis söz deyir. Halbu ki, onu qaldırıb qoymuşam at yerində. İçimdən tərifləmişəm. O sözdən sonra atdan yuxarıda da otura bilərdi. İnsan dalaşanda bir-birini tanıyır. Yaxşı ki, mən savaşdım, tanıdım. Onun səsi var, amma mahnıları, repertuarı yoxdur".

Qeyd edək ki, M.Əsədova ilə E.Seyidcahan qalmaqalına görə prodüser Tolikin "Xəzər TV"-də aparıcılıq etdiyi "Hər şey daxil" verilişi bağlanmışdı. Mətanət efirdə olan zaman Elza efirə zəng etmiş və aralarında qalmaqal yaşanmışdı. Qalmaqal həmin verilişin bağlanmasına səbəb olmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024