DİM bədən tərbiyəsi və idman istiqaməti üzrə qeydiyyatdan keçməyənlərə müraciət edib
Tarix: 21-06-2021 | Saat: 13:00
Bölmə:Təhsil | çapa göndər
Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 21–dən 25-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) mayın 31-dən iyunun 8-dək qeydiyyatdan keçməli olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.
Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı komissiyaları üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;
- Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;
Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.
Komissiyalar üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün komissiyalar üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il birinci sayında verilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu