Mobil versiya
Bakı Olimpiya Stadionunda 3 oyunda nə qədər tamaşaçı olub?
Tarix: 21-06-2021 | Saat: 12:56
Bölmə:İdman | çapa göndər

Bakı Olimpiya Stadionunda 3 oyunda nə qədər tamaşaçı olub?

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunun tamaşaçı sayı bəlli olub.

Bunu UEFA açıqlayıb.

Dünən keçirilən A qrupunun III turunun İsveçrə - Türkiyə qarşılaşmasını (3:1) 17 min 138 seyrçi izləyib.

Bu, Bakıda baş tutan qrup mərhələsinin üç matçı arasında ikinci göstəricidir. II turun Türkiyə - Uels oyununda (0:2) daha çox 19 min 762 azarkeş qeydə alınıb.

İlk turda baş tutan Uels - İsveçrə qarşılaşması (1:1) isə Bakıdakı təşkil olunanlar arasında ən az tamaşaçı olan görüşdür. Bu oyunu 8 min 782 izləyici seyr edib.

Üç matçda ümumilikdə 45682 azarkeş qeydə alınıb. Orta hesabla hər matçda 15227 tamaşaçı olub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024