Mobil versiya
YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib - FOTOLAR
Tarix: 17-06-2021 | Saat: 17:27
Bölmə:Media | çapa göndər

YAP Göygöl rayon təşkilatı "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirib


Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Göygöl Dövlər Aqarar İnkişaf Mərkəzi ərazi ilk partiya təşkilatında YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni bir dönəmi başlayır" mövzusunda tədbir keçirilib.

YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov tədbirdə çıxış edərək Şuşa Bəyannaməsinin imzalanmasını regionun inkişafı və təhlükəsizliyi baxımından mühüm bir addım kimi qiymətləndirib. Z.Hüseynovun sözlərinə görə, iyunun 15-də bütün dünyanın gözü Şuşaya dikilmişdi: “Qədim və əzəmətli Şuşa şəhərində iki türk dövlətinin bayraqlarının yanaşı dalğalanması bütün Türk dünyasında qürur hissi yaşatdı”.

Z.Hüseynov deyib ki, beləliklə, 1993-cü və 2021-ci illərin 15 iyunu Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı: “15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın haqlı tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanı parçalanmaqdan xilas etdi, müstəqilliyimizi qorudu. Ulu Öndər ölkəni siyası, iqtisadi cəhətdən güclü bir dövlətə çevirmək üçün gecə-gündüz çalışdı. Dünyanın bir çox ölkələri ilə, o cümlədən Türkiyə Cümhuriyyəti ilə əlaqələri yüksək dostluq və qardaşlıq səviyyəsinə çatdırdı. Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyev son 18 il ərzində Azərbaycanı nəinki regionda, dünyada söz sahibi olan bir dövlətə çevirdi. Qurduğu güclü iqtisadiyyatın köməyi ilə ordu quruculuğunda mühüm addımlar atdı. Həmin qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. 15 iyun 2021-ci ildə isə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalanması isə Milli Qurtuluş Gününə bir töhfədir”.

YAP Göygöl rayon təşkilatının Göygöl Dövlər Aqarar İnkişaf Mərkəzi ərazi ilk partiya təşkilatınnin sədri Atəş Avazov çıxış edərək bildirib ki, Vətən müharibəsi zamanı qardaş və dost Türkiyə Cümhuriyyəti savaşın ilk saatlarından Azərbaycanın yanında olduğunu, ona mənəvi və siyasi dəstək verdiyini bütün dünyaya bəyan etdi: “Bakıda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyev qardaş ölkə Prezidentini Qarabağa – Şuşaya dəvət etmişdi. İyunun 15-də – Milli Qurtuluş Günü həmin tafıxi səfər baş tutdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xanımı və böyük bir nümayəndə heyəti ilə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə təşrif buyurdular. Səfər zamanı iki ölkə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi iki ölkə arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlığı nəzərdə tutur”.

Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının məsləhətçisi Cavid Əsgərzadə, fəal YAP üzvvləri Səfa Allahverdiyeva və Elmay Tarverdiyev Zəngəzur dəhlizinin reallaşdırılması ilə regionda yeni iqtisadi birliyin yaranması, Şuşada Türkiyənin Baş Konsulluğunun açılması məsələlərinə toxunublar. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan – Türkiyə, eləcə də, region dövlətləri ilə yanaşı, Asiya və Avropa dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxara bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə