Mobil versiya
Aşqarlar Kimyası İnstitutu nəzdində texniki komitə fəaliyyətə başlayıb
Tarix: 17-06-2021 | Saat: 13:52
Bölmə:Təhsil | çapa göndər

Aşqarlar Kimyası İnstitutu nəzdində texniki komitə fəaliyyətə başlayıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun nəzdində Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelərin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-34) yaradılıb.

Bu barədə Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycanda istehsal olunan aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər üçün beynəlxalq standart səviyyəsinin tərtib olunması və bu işlərin səmərələşdirilməsidir: “Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartların yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması daxildir. Texniki Komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməyin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələlərin həlli də nəzərdə tutulur”.

Akademik qeyd edib ki, Texniki Komitənin tərkibinə respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar elmi müəssisə və təşkilatlar, habelə nazirliklərin nümayəndələri daxildir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024