Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir
Tarix: 17-06-2021 | Saat: 12:21
Bölmə:Media | çapa göndər
Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb və iki ölkənin əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf edir. Belə ki, artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanın yaradılmasını nəzərdə tutur.
Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir. Qars müqaviləsindən düz 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm siyasi, həm də tarixi baxımdan olduqca önəmlidir. Bu sənəd hər iki ölkənin maraqlarının qorunması və imkanların birləşdirilməsi və regionda sülhün qorunması istiqamətində atılan çox ciddi bir addım kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsi bu Bəyannamənin imzalanması ilə bir daha öz təsdiqini tapdı. Ən başlıcası da Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir.
Azərbaycan və Türkiyə rəhbərlərinin Şuşadan verdikləri bəyanatlar və mesajlar hazırda bütün dünyanın diqqət mərkəzindədir. Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb ki, bu reallıqların da müəllifi Azərbaycandır. Artıq bütün nüfuzlu beynəlxalq təşkilatlar və ölkələr də bu reallığı qəbul edirlər. Təbii ki, Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın daha bir təzahürüdür. Bu gün bütün dünya Azərbaycan və Türkiyə rəhbərlərinin Şuşadan verdikləri bəyanatlar və mesajlar barədə müzakirələr aparır. Şuşa Bəyannaməsində tərəflərin bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürmələri və ölkələrimizi birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəaların yer alması bu sənədin beynəlxalq-tarixi önəmini bir qədər də artırıb.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub və bundan sonra da artan xətlə inkişaf edəcək. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Türkiyə Prezidentinin Şuşaya tarixi səfəri isə bu münasibətləri daha da irəli aparacaq, eyni zamanda digər türkdilli dövlətlər arasında əlaqələrin bundan sonra daha fərqli formatda inkişafı üçün təkan yaradacaq. Ona görə də birmənalı şəkildə demək olar ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər hazırda özünün ən yüksək zirvəsindədir.
Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi ilk partiya təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025