Hafis Bəşirov: “Şuşa Bəyannaməsi Azərbaycanın yaratdığı yeni regional reallıqların daha bir beynəlxalq təsdiqidir”
Tarix: 17-06-2021 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər
![Hafis Bəşirov: “Şuşa Bəyannaməsi Azərbaycanın yaratdığı yeni regional reallıqların daha bir beynəlxalq təsdiqidir”](/uploads/posts/2021-03/1614671495_49.jpg)
“Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” tarixi əsaslara dayanaraq, hər iki qardaş ölkənin milli mənafeylərinə uyğundur və böyük tarixi və strateji əhəmiyyət kəsb edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu göstərir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib.
Hakim partiya təmsilçisi bildirib ki, Şuşa Bəyannaməsində tərəflərin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edilməsi hər iki ölkənin istənilən xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarının daha da artması deməkdir: “İlk növbədə Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki dost və qardaş ölkə, Azərbaycan və Türkiyə arasnda müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir. Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Həmçinin Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi kimi müddəaların yer alması həm Azərbaycanın, həm də Türkiyənin hərbi-müdafiə qüdrətinin qrtmasına xidmət edir . Xüsusilə də Türkiyənin dünya miqyasında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biri olduğunu nəzərə alsaq, ölkəmizin bundan sonrakı ordu quruculuğu üçün bu cür əməkdaşlığın son dərəcə böyük əhəmiyyət kəsb etdiyini demək olar.”
Həmçinin Hafis Bəşirov qeyd edib ki, ölkələrimiz arasında Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, iqtisadi əlaqələrə böyük töhfələr verəcək: “Şuşa Bəyannaməsində əksini tapan diqqətəlayiq məqamlardan biri də ölkələrimiz tərəfindən bundan sonra ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərin daha artırılacağını nəzərdə tutan müddəadır. Bu xüsusda Azərbaycan və Türkiyənin malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklərinin təşviqi də xüsusi önəm kəsb edir. Və əlbəttə ki, Bəyannamədə əks olunmuş ən mühüm məqamlardan biri də məhz Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərin bu tarixi sənəddə öz əksini tapmasıdır. Heç şübhəsiz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Digər tərəfdən isə, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması istiqamətində görülən konkret işlərlə bağlı müddəaların yer alması Azərbaycanın əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların daha bir beynəlxalq təsdiqi anlamına gəlir.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025
06-02-2025