Vətəndaşların vaksinasiyanın əhəmiyyətini dərk etməsi, onların peyvəndləmədə aktiv iştirakı ilə nəticələndi
Tarix: 16-06-2021 | Saat: 14:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi ilk aylara nisbətən aktivləşib. Əvvəllər sosial şəbəkələrdə yayılan əsassız məlumatlara görə vətəndaşlarda peyvəndləmə prosesinə inam daha az idi. Həmin müddətdə COVID-19-a yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı çox idi. Vətəndaşlar zaman keçdikcə vaksinasiya əhəmiyyətini dərk etməyə və ona inanmağa başladılar ki, bu da onların peyvəndləmədə aktiv iştirakı ilə nəticələndi. Hazırda vətəndaşların əksəriyyəti koronavirus əleyhinə vaksin olunmaq istəyirlər. Hər kəs fərqindədir ki, peyvənd olunmaq onları həm COVID-19-dan qurtaracaq, həm də yoluxsalar belə xəstəliyi yüngül keçirməyə kömək edəcək. Ən əsası da normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək.
Bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
L.Qalimova bildirib ki, Azərbaycanda əhalinin dörd vaksindən birini seçərək könüllü şəkildə peyvənd olunmaq imkanı var. Vətəndaşlar da dövlətin onların sağlamlıqlarının qayğısına qaldığını anlayır, görülən tədbirləri yüksək qiymətləndirir və bu qlobal bəladan qurtulmaq üçün peyvəndləmədə fəal iştirak edirlər: “Hazırda ölkəmizdə peyvənd olunanların sayı getdikcə artır. İlk dozanı vurduranların sayı 1.8 milyonu ötüb. Hər iki dozanı qəbul edənlərin sayı 1 milyona yaxınlaşır. Sanitar-epidemioloji vəziyyət də nəzarət altındadır. Belə ki, COVID-19-a yoluxanların sayı 100-dən aşağıdır, ölüm halları dəfələrlə azalıb, hətta bəzi günlərdə qeydə alınmır. Bu, çox sevindirici bir haldır. Hər kəsi vaksinasiyada aktiv iştirak etməyə, qoyulan qaydalara riayət etməyə, kütləvi toplanma yerlərindən mümkün qədər uzaq olmağa, vaksin olunsalar belə sosial məsafə, gigiyena qaydaları, maska istifadəsinə əməl etməyə çağırıram”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”