Mobil versiya
Sevda Əliyeva: “Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir”
Tarix: 16-06-2021 | Saat: 13:53
Bölmə:Karusel / Ölkə | çapa göndər

Sevda Əliyeva: “Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir”

“Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər öznün ən yüksək səviyyəsinə, strateji müttəfiqlik səviyyəsinə çatıb. Artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasını nəzərdə tutur.”

Bu sözləri mətbuata verdiyi müsahibəsində Sevda Əliyeva deyib.

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir: “Qars müqaviləsindən düz 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm siyasi, həm də tarixi baxımdan olduqca böyük əhəmiyyət, önəm kəsb edir. Bu sənəd hər iki ölkənin maraqlarının qorunması və imkanların birləşdirilməsi və regionda sülhün qorunması istiqamətində atılan çox ciddi bir addım kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”ifadəsi bu Bəyannamənin imzalanması ilə bir daha öz təsdiqini tapdı. Ən başlıcası da Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir.”

Sevda Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə rəhbərlərinin Şuşadan verdikləri bəyanatlar və mesajlar hazırda bütün dünyanın diqqət mərkəzindədir: “Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb ki, bu reallıqların da müəllifi Azərbaycandır. Artıq bütün nüfuzlu beynəlxalq təşkilatlar və ölkələr də bu reallığı qəbul edirlər. Təbbi ki, Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın daha bir təzahürüdür. Bu gün bütün dünya Azərbaycan və Türkiyə rəhbərlərinin Şuşadan verdikləri bəyanatlar və mesajlar barədə müzakirələr aparır. Şuşa Bəyannaməsində tərəflərin bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürmələri və ölkələrimizi birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəaların yer alması bu sənədin beynəlxalq-tarixi önəmini bir qədər də artırıb.”

Həmçinin müsahibimiz qeyd edib ki, Şuşa Bəyannaməsi bütün türkdilli dövlətləri tamamilə yeni formatda əlaqələrin qurulmasına çağıran bir nümunədir: “Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub və bundan sonra da artan xətlə inkişaf edəcək. Öz çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bütün dünya ölkələrimiz arasında olan səmimi dostluq və qardaşlıq əlaqələrinin şahidi oldu. Türkiyə Prezidentinin Şuşaya tarixi səfəri isə bu münasibətləri daha da irəli aparacaq, eyni zamanda digər türkdilli dövlətlər arasında əlaqələrin bundan sonra daha fərali formatda inkişafı üçün təkan yaradacaq. Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər əlaqələrin inkişafı istiqamətində atılan son dərəcə önəmli addımdır.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025