Mobil versiya
Bu gün AVRO-2020-nin Bakıda ikinci oyunu keçiriləcək
Tarix: 16-06-2021 | Saat: 09:24
Bölmə:İdman | çapa göndər

Bu gün AVRO-2020-nin Bakıda ikinci oyunu keçiriləcək

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

AİA.Az-ın məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununaa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024