AZ RU Mobil versiya
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni bir dövr başlandı
Tarix: 15-06-2021 | Saat: 10:40
Bölmə:Cəmiyyət | çapa göndər

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni bir dövr başlandı

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin dəstəyi ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli mədəniyyətimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda onlayn konfrans keçirilib. Onlayn konfransda, habelə Qəbələ, Şamaxı və İsmayıllı rayon Heydər Əliyev mərkəzlərinin direktorları Kəmalə Qasımova, Könül Eyvazova, Mayıl Fərəcov da iştirak ediblər.

Regional Mədəniyyət İdarəsindən bildirilib ki, onlayn konfransın açılışında ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrü əhatə edən film nümayiş olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz ağır günlər keçirib, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Belə bir çətin şəraitdə, xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək ölkədə ictimai-siyasi sabitliyi bərpa edib, siyasi böhranın aradan qaldırılmasına nail olub. Məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra xalqımızın müstəqillik tarixində yeni bir dövr başlanıb. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə bütün sahələr kimi, mədəniyyət sahəsi də həmişə diqqət mərkəzində saxlanılıb.

Onlayn konfransda Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktor Könül Eyvazova, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın tarixində dönüş nöqtəsi olduğunu bildiriblər. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən natiqlər qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq işıqlı gələcəyə doğru inamla irəliləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.

Onlayn konfransdan sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində Heydər Əliyev adına parkda Milli Qurtuluş Günü münasibəti ilə təşkil edilən sərgiyə baxış olub, parkda rəngarəng proqramla konsert verilib, “Xəmsə” intellektual oyunu keçirilib. Oyunda “Diyallı”, “Dəmir yumruq”, “Təfəkkür”, “Error” komandaları iştirak ediblər. “Diyallı” 1-ci, “Dəmir yumruq” 2-ci, “Təfəkkür” 3-cü yerlərə layiq görülüb və kuboklara sahib olublar. Digər komandalara fəxri fərmanlar verilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

690 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2021
22-07-2021