Mobil versiya
YAP Qazax rayon təşkilatında “Qurtuluş-Azərbaycanın müstəqilliyinin ədəbiyyat tarixi” mövzusunda videokonfrans keçirilib - FOTOLAR
Tarix: 14-06-2021 | Saat: 15:39
Bölmə:Ölkə | çapa göndər

YAP Qazax rayon təşkilatında “Qurtuluş-Azərbaycanın müstəqilliyinin ədəbiyyat tarixi” mövzusunda videokonfrans keçirilib

YAP Qazax rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş-Azərbaycanın müstəqilliyinin ədəbiyyat tarixi” mövzusunda videokonfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş-Azərbaycanın müstəqilliyinin ədəbiyyat tarixi” mövzusunda videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən ətraflı danışdı. Qeyd etdi ki, Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevdir. Onun müdrikliyi sayəsində 1993-cü ilin iyun ayında ölkəmiz məhv olmaq təhlükəsindən xilas oldu. Həmin dövrdən başlayaraq Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndi. Bütün sahələrdə inkişafa nail olundu. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik vardır. Eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır. Ümummilli Liderimizin layiqli davamçısı möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasəti və Ordumuzun qüdrəti nəticəsində işğal altında olan torpaqlarımız azad olundu.

Tədbirdə YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Vüsal İsmayılov, Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi ilk partiya təşkilatının sədr müavini Elvira Əfəndiyeva, partiya fəalı, Qazax şəhər 3 saylı tam orta məktəbin direktoru Ruslan Rzayev çıxış etdilər. Onlar Heydər Əliyevin yenilməz iradəsindən, uzaqgörənliyindən, fədakarlığından danışdılar. Ölkəmizin inkişaf strategiyasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini bildirdilər. Əmin olduqlarını qeyd etdilər ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024