Mobil versiya
Çətənə yetişdirən Lənkəran sakini saxlanılıb
Tarix: 14-06-2021 | Saat: 14:32
Bölmə:Cəmiyyət | çapa göndər

Çətənə yetişdirən Lənkəran sakini saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Xolmili kənd sakini M.Fərziyev saxlanılıb. Onun həmin kənddəki nəzarətsiz ərazidə kolluqların arasında kultivasiya yolu ilə yetişdirdiyi 47 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024