Mobil versiya
"Range Rover"lə qəza törədən iş adamının kürəkəni HƏBS EDİLDİ
Tarix: 14-06-2021 | Saat: 12:47
Bölmə:Karusel / Media | çapa göndər

"Range Rover"lə qəza törədən iş adamının kürəkəni

Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a bildirilib ki, hadisə zamanı “Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024