Ədalət Hacıyev: “Ulu öndər mədəniyyətimizin inkişafını daima diqqət mərkəzində saxlayıb”
Tarix: 13-06-2021 | Saat: 14:00
Bölmə:Siyasət | çapa göndər

Heydər Əliyev milli mədəniyyətimizi xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də ulu öndərin mədəniyyət siyasətində mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin ərsəyə gəlməsi üçün əlverişli şəraitin yaradılması xətti prioritet istiqamətlərdən iri idi.
1991-ci ilin 18 oktyabrında Azərbaycan XX əsrdə artıq ikinci dəfə öz müstəqilliyini bəyan etdikdən sonra ölkədə siyasi mübarizənin yeni dövrü başladı. Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə etməli idi. Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək onu qazanmaqdan daha çətindir. Və təəssüf ki, müstəqilliyini yenicə qazanmış millət, elə ilk günlərdən onu itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycan ölkənin parçalanmaq, dövlətin yox olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin bir dövlət kimi faktiki olaraq dünya xəritəsindən silinmək təhlükəsinin yaşandığı bir zamanda xalqın çağırışına ulu öndər Heydər Əliyev səs verdi. Əgər bu baş verməsəydi Azərbaycan dünya xəritəsindən suveren bir dövlət olaraq silinəcəkdi. İnkaredilməz bir həqiqətdir ki, biz bu gün müstəqil bir dövlətimizin varlığına görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq.
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu böyük insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.
Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Belə ki, 1969-cu ildə respublikamızda cəmi 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Eyni zamanda da həmin dövrdə bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi. 2003-cü ildə isə Azərbaycanda artıq 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu, 232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi. Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur. Demək olar ki, bütün bu və digər mədəniyyət tədbirlərinin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.
Birmənalı olaraq demək lazımdır ki, Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilir. 2003-cü ildən sonra da Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Möhtərəm Prezidentimizin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözssüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” vəsiyyətini özünün həyat amalına çevirmiş Prezident İlham Əliyev Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz müdrik lideri, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalına son qoydu, ölkənin ərazi bütövlüyünü bərpa etdi və bundan sonra Azərbaycanın milli mədəniyyəti daha da çiçəklənəcək, zənginləşəcək və inkişaf edəcək.
Ədalət Hacıyev,
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,
Əməkdar mədəniyyət işçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2025