Mobil versiya
Bir vaxtlar dillər əzbəri olan bəstəkar Bakıya dönür
Tarix: 12-06-2021 | Saat: 18:26
Bölmə:Şou-biznes | çapa göndər

Bir vaxtlar dillər əzbəri olan bəstəkar Bakıya dönür

Bir vaxtlar dillər əzbəri olan "Eşqim", "Niyə?", "Xəyallar" kimi mahnıların bəstəkarı, iş adamı Emil Şahin 4 illik fasilədən sonra sənətə qayıdır.

Bu haqda AiA.az-a açıqlama verən Emil Şahin gündəmdən uzaqlaşsa da, yaradıcılıqdan uzaqlaşmadığını deyib. O bildirib ki, bu illər ərzində bir çox layihələr haqda düşünüb və hazırlayıb. Bəstəkar ilk növbədə "Bir sevgi hekayəsi" adlı operettasını təqdim edəcək. Mahnı klassik musiqi ilə muğamın sintezidir.

4 illik fasilədə yaradıcılıq üçün darıxdığını deyən E.Şahin "Yaradıcılıq olmadan həyat mənasızdır. Bu böyük layihədə Xalq artistləri Fidan Qasımova, Xuraman Qasımova, Alim Qasımov, Elçin Əzizov, Əməkdar artist Fərqanə Qasımova və başqaları yer alacaqlar. Çox böyük bir layihə olacaq, hər bir detal özəl hazırlanacaq" deyə, söyləyib.

Emil şahin eyni zamanda Türkiyə və Azərbaycana aid olacaq festival keçirəcəyini də açıqlayıb:

"Festival Qarabağımıza aid olacaq. Möhtəşəm bir görüntü ərsəyə gətirməyi düşünürəm. Layihə ilin sonunda gerçəkləşəcək. Burada Alim Qasımov, "Natiq" ritm qrupu, Teymu Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri və türkiyəli ifaçı Hadisə yer alacaqlar. Bir neçə sənət adamı da siyahıya əlavə olunacaq. Musiqilərin 50 faizi mənə məxsus olacaq. 50 faiz isə xalq mahnıları olacaq".

Qeyd edək ki, Emil Şahin 1987-ci ildə anadan olub. O, "Vətən" adlı ilk mahnısını 11 yaşında olanda bəstələyib. Bəstəni Alim Qasımov ifa edib. "Xəyallar" kompozisiyasının, Aygün Kazımovanın "Səni taptım", "Səninlə", Sevda Ələkbərzadənin "Sən getdin", Röya Ayxanın "Eşqim", "Kaş", "Dəyər", Zülfiyyə Xanbabayevanın "Keçdi getdi", Faiq Ağayevin "Sevirəm", Alim Qasımov, Ülviyyə Ağayeva, "Natiq" ritım qrupunun birlikdə səsləndirdiyi "Follow my way"in, Elnur Məmmədovun "Niyə", "Bilmirəm", "Yaralı ürək", Mirkamil Kamilovun "Həyat bir nağıl", "Anacan", "Şeron" qrupunun "Sevdim", "Tənha külək" kompozisiyaların, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Manana, Röya Ayxan və Elnurun səsləndirdiyi "Yeni il" kimi mahnıların bəstəkarı Emil Şahindir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024