YAP Göygöl rayon təşkilatının təşəbbüsü ilə Kəlbəcərdə həlak olan şəxslərlə bağlı tədbir keçirilib - FOTOLAR
Tarix: 11-06-2021 | Saat: 09:31
Bölmə:Media | çapa göndər
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalistlərlə bağlı YAP Göygöl rayon təşkilatının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, məsləhətçi Cavid Əsgərzadə və 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi ilk partiya təşkilatının fəal YAP üzvləri iştirak ediblər.
Əvvəlcə həlak olan jurnalistlərin – AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov çıxış edərək iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində mülki şəxslərin, o cümlədən Azərbaycan jurnalistlərinin həlak olması və yaralanması barədə xəbəri ürəkağrısı ilə qarşıladıqlarını bildirib. Z.Hüseynov qeyd edib ki, artıq münaqişə bölgəsi hesab edilməyən ərazilərdə jurnalistlərin və dinc insanların qətlə yetirilməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.
Yığıncaqda YAP Göygöl rayon təşkilatının 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi ilk partiya təşkilatının sədri Nizami Çıraqov, fəal YAP üzvləri İltimaz Nuriyeva, Fikrət Həsənov və başqaları çıxış edərək erməni terroru nəticəsində jurnalistlərin və dinc insanların qətlə yetirilməsini, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsini kəskin tənqid ediblər. Bildirilib ki, erməni diversantlarının işğaldan azad edilmiş ərazilərdə yenidən minalar basdırması Ermənistanın terror dövləti olduğunu göstərir və onların bu vəhşiliyi bütün sülhsevər insanların kəskin hiddətinə səbəb olub. Çıxışlarda o da qeyd olunub ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək Ermənistana təzyiq göstərmirlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025