Mobil versiya
"Ramiz hər dəfə özünə təskinlik verirdi ki, sağalacağam"
Tarix: 10-06-2021 | Saat: 11:40
Bölmə:Cəmiyyət | çapa göndər

"Ramiz hər dəfə özünə təskinlik verirdi ki, sağalacağam"

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gecə dünyasını dəyişib.

AiA.Az axşam.az-a istinadən xəbər verir ki, sənət dostları aktyorla vidalaşmaq üçün onun evinə yollanıb.

Xalq artisti Valeh Kərimov R.Əzizbəyli ilə bağlı xatirələrini media nümayəndələri ilə bölüşüb:

"Xəstəxanaya getmək mümkün olmadı, buraxmadılar. Çünki koronoviruslu xəstələr yerləşmişdi. Hər danışanda özünə təskinlik verirdi ki, sağalacam. Azərbaycan mədəniyyəti, incəsənəti itirdi. 1960-70 ci illərdə güclə yetişən sənətkarlar bu illərdə getdi.

Ramizin filmlərini, obrazlarını görürsünüz, gözəl aktyor idi. Yumusaq səsi ilə mahnılar da oxuyurdu. "Aman tello" mahnısını onun kimi gözəl oxuyan olmadı. Heç bir müğənni inciməsin, amma Ramiz daha gözəl ifa etdi. Hər yerdə insan kimi sevilirdi, şən adam idi. Danışırdı, güldürürdü, lətifə deyirdi, hər adam onu bacarmırdı".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024