Mobil versiya
Ağdamda 3 300 hektar əkin sahəsi minalardan təmizlənib
Tarix: 09-06-2021 | Saat: 17:54
Bölmə:Ölkə | çapa göndər

Ağdamda 3 300 hektar əkin sahəsi minalardan təmizlənib

Ağdam rayonunun işğaldan azad edilən 3300 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə aia.az-a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, təmizlənmiş ərazilərin 2 190 hektarında buğda əkilib: "Hazırda rayon ərazisinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Əkin sahələri ilə yanaşı, digər ərazilərdə də təmizlənmə əməliyyatları keçirilir".

Məlumatda bildirilir ki, təmizlənmiş ərazilərdə əkilən buğda sahələrinin biçilməsinə hazırlıq işləri görülür: "Hələlik həmin ərazilərdə biçin başlamayıb. Yaxın vaxtlarda əkilən ərazilərdə biçinə start veriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025