Mobil versiya
Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır
Tarix: 09-06-2021 | Saat: 12:48
Bölmə:Media | çapa göndər

Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır


Tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan bütün münasibətlərini qardaşlıq prinsiplər əsasında qurmuşdular. Dövlətlər arası münasibətlərin yeni və təkrarsız modelini yaradan iki qardaş respublika dünya siyasi tarixində rast gəlinməyən bir əlaqələrə malikdirlər.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Ümümmilli liderin layiqli davamçısı cənab İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”. İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir birinin yanındadır. Van zəlzələsi zamanı Azərbaycan Türkiyəyə ilk qardaş yardımını göstərmişdir. Eyni zamanda da Türkiyə Cumhuriyyəti Qarabağ problemi yarandığı andan sona kimi Azərbaycan Respublikasını birmənalı şəkildə dəstəkləmişdir. Dostluğumuz, qardaşlığımız bütün müstəvilərdə sarsılmaz olmuşdur. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfindən səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından çox böyük əhəmiyyətə malikdir.

1-3 iyun 2021-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdular. İki qardaş ölkənin hakim partiyaları arasında olan dialoq və münasibətlərin göstəricisi çox böyük məna kəsb edir.Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Türkiyənin mənəvi, diplomatik və siyasi dəstəyini hər zaman hiss etmişdir. Müharibə şəraitində Türkiyə mediası bizim haqq səsimizi və haqlı davamızı dünya ictimaiyyətinə geniş şəkildə çatdırmışdır. Qarabağa birbaşa ezam olunmuş Türkiyəli müxbirlər qaynar nöqtədən ən mühüm xəbərləri operativ şəkildə verirdilər. Erməni hərbi birləşmələrinin Bərdə, Tərtər və Gəncə şəhərlərində gecə vaxtı dinc əhaliyə qarşı törətdiyi qanlı cinayəti dünyaya car çəkən türk jurnalistlərinin fədəkar əməyi də danılmazdır. Dağıdılmış binaların qalıqları içərisindən reportajlar hazırlamaqla dünya birliyini bu terrora biganə qalmamağa çağırşlar edən türk müxbirlər, diplomatlar və tanınmış ictimaiyyət nümayəndələri erməniləri çox kəskin şəkildə qınamışdılar. Bu mənəvi dəstək həmrəyliyin və qardaşlığın ən bariz nümunəsi hesab olunurdu.

Müharibə bitdikdən sonra da azad edilmiş ərazilərdə Türkiyə əsas vasitəçi kimi monitorinq qrupunda iştirak edir. Qarabağın yenidənqurma və bərpasında türk şirkətləri çox yaxından iştirak edəcəkdir. Regionda infrastruktur layihələrinin icrasında bilavastə Türkiyə şirkətləri ilə əməkdaşlıq ediləcəkdir. Eyni zamanda yeni açılacaq Zəngəzur dəhlizi Türkiyə ilə iqtisadi münasibətlərimizi daha da yaxşılaşdıracaq və əlaqələrimiz genişlənəcəkdir. Eyni zamanda Türkiyə regionda sülhün, təhlükəsizliyin və dinc yanaşı yaşama prinsiplərinin mövcudluğu üçün bütün imkanlarını ortaya qoyaraq qətiyyətli səylər göstərməkdədir. Azərbaycan və Türkiyə dostluğu dərindir sarsılmazdır və əbədidir. Tanrı hər iki qardaş ölkəni hifz etsin! Bayraqlarımız hər zaman zirvələrdə dalğalansın! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!


Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə