Mobil versiya
ÜST həftəlik koronavirusa yoluxma hallarının 15 faiz azaldığını açıqlayıb
Tarix: 09-06-2021 | Saat: 10:13
Bölmə:Səhiyyə | çapa göndər

ÜST həftəlik koronavirusa yoluxma hallarının 15 faiz azaldığını açıqlayıb

Ötən həftə ərzində koronavirusa 3 milyondan artıq yoluxma halı, 73 mindən artıq isə ölüm halı qeydə alınıb.

aia.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə 8 faiz azalıb:

"Koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ötən həftə ərzində ümumilikdə 3 milyondan artıq yoluxma, 73 mindən artıq isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 15 və 8 faiz daha azdır".

Mayın 31-dən iyunun 6-dək koronavirusa 3 016 005 nəfər yoluxub, 73 807 nəfər isə koronavirusdan ölüb. İyunun 6-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 172 673 097, koronavirusdan ölüm hallarının sayı isə 3 718 944 nəfər təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024