Mobil versiya
Azərbaycan dövlətinin iqtisadi göstəriciləri günbəgün yaxşılaşır
Tarix: 08-06-2021 | Saat: 17:38
Bölmə:Təhsil | çapa göndər

Azərbaycan dövlətinin iqtisadi göstəriciləri günbəgün yaxşılaşır


Son 10 ildə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünya miqyasında sabit iqtisadiyyata malik, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, bir dövlət kimi sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi məsələlərin müzakirə olunduğu bir məkana çevrilib. Azərbaycan Cənubi Qafqazda lider dövlət kimi regionda hadisələrin inkişaf istiqamətini müəyyən edir, regional inkişafa böyük töhvələr verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kurs, iqtisadi inkişaf, sosial məsələlər, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə və təhsil proqramları böyük uğurların əldə olunmasına hesablanmışdır. Keçirilən uğurlu siyasət kursu nəticəsində Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsi yaxşılaşmış, maaşların, pensiyaların artmasına səbəb olmuşdur. Ümumiyyətlə dövlətimiz tərəfindən həyata keçirilən güclü sosial-iqtisadi siyasətin məqsədi hər bir Azərbaycan vətəndaşlarının normal yaşayışının təmin olunmasına hesablanmışdır.

İndi respublikamızda milli iqtisadiyyatın neft amilindən asılılığını aradan qaldırmaq üçün Dövlət proqramları uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, bölgələrimizdə bərabər və tarazlı şəkildə inkişaf gedir. Belə ki, ayrı-ayrı bölgələrimizdə əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin, əsaslı təmir və maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması işləri uğurla davam etdirilir. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə eləcə də turizm sektoru dinamik inkişaf edir. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün müvafiq işlər görülür.

Dövlət proqramına uyğun olaraq son illərdə elektrik enerjisi, qazlaşdırma, içməli su, həm də suvarma layihələrinin icrası istiqamətində genişmiqyaslı işlər görülür. Azərbaycan nadir ölkələrdəndir ki, ölkə ərazisində qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatı ilə məşğul olan əkinçilərin, sahibkarların, fermerlərin, texnika və dərman pereparatlarla vaxtlı- vaxtında təmin olunması istiqamətində mühüm işlər görülür.

Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlər Ulu öndər Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” irsinə və tarixi -mədəni qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə arasındaki iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əməkdaşlığı əhatə edir. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Baki-Tbilisi-Ceyhan, Baki-Tbilisi-Ərzurum, Baki-Tbilisi- Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında çox mühüm rol oynayır.

Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbayacana, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları milyardlarla dollar təşkil edir.

Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informaiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorudur.

Azərbaycan dövləti 2003-cü ildə mövcud məktəblərə əlavə korpusların tikilməsi və əsaslı təmiri üzrə “Dövlət proqramı”nın qəbul edilməsi haqqında sərəncam imzaladı. Bununla da respublikamızda məktəb tikintisi geniş vüsət aldı.

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə məktəb binası inşa olunaraq istifadəyə verildi. Bu da

nəticə etibarı ilə məktəblərin maddi texniki bazasının güclənməsinə, tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb oldu.
Ölkədə modul tipli məktəblərin tikilməsi regionlarda qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemlərinin həllində əhəmiyyətli rol oynadı. Bir sözlə, görünən odur ki, iqtisadiyyatımız inkişaf etdikcə müxtəlif sahələrə olduğu kimi dövlət təhsil sisteminin inkişafı istiqamətində də mühüm işlər görür.
Ölkədə Uşaq evləri və internat məktəblərinin şəbəkəsi genişləndirilir.
Son vaxtlar Azərbaycan dövləti idarəolunma infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində gördüyü işlər diqqət çəkir.

28 may tarixində Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə İqtisadiyyat Nazirliyinin aşçılışı da dövlətimizin regionda iqtisadi göstəricisinin təzahürüdür.

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçdiyini və dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada olacağını göstərir.

Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024