Mobil versiya
Xatun qardaşı vəfat edəndən sonra səhnəyə qayıtdı - FOTOlar
Tarix: 08-06-2021 | Saat: 13:33
Bölmə:Şou-biznes | çapa göndər

Xatun qardaşı vəfat edəndən sonra səhnəyə qayıtdı - FOTOlarMüğənni Xatun Əliyeva yenidən səhnə fəaliyyətini bərpa edib.

Qardaşı stilist Balaş Əliyev dünyasını dəyişəndən sonra müğənnilik fəaliyyətini dayandıran ifaçı bu barədə sosial şəbəkədə yazıb:

"Həyat və səhnə arasında elə sıx bağlılıq var ki... Hər ikisi imtahanlarıyla sınağa çəkər səni. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən... Amma davam edərsən, davam etməlisən. Yenidən ayağa qalxmaq asan olmadı. Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarımdı. Əminəm ki, onun yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz məlhəm olacaq. Ona görə də sizə, səhnəyə geri qayıdıram. Onun və sevənlərim üçün yenidən ayaqdayam".

AİA.Az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024