Mobil versiya
Nazir azad edilmiş ərazilərin bərpasından danışdı
Tarix: 08-06-2021 | Saat: 13:10
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazir azad edilmiş ərazilərin bərpasından danışdı

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioritet məsələsi olacaq.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deputatların 2020-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.

S.Şərifov qeyd edib ki, deputatların səsləndirdiyi yeni təkliflər bir çox hallarda müəyyən problemlərin həlli üçün əlavə vəsaitlərin ayrılması ilə bağlı olur: "Əlavə vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanları əsasında baş verir. Bununla yanaşı sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər ön plana çəkilir. Növbət illərdə də bu yanaşma tətbiq olunacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioriet məsələsi olacaq. Millət vəkillərinin sorğuları da diqqət mərkəzindədir və müvafiq cavablar verilir".

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024