Mobil versiya
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Tarix: 08-06-2021 | Saat: 11:51
Bölmə:Təhsil | çapa göndər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

2021/2022-ci tədris ili üçün ali məktəblərin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı iyunun 8-i saat 23:59-dək uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Hazırda qabiliyyət imtahanı komissiyaları (QİK) üzrə aşağıda qeyd edilən kateqoriyaya aid abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçənilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahanının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları.

Qeyd olunan abituriyentlər günün sonunadək DİM-in saytındas verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıda qeyd olunan kateqoriyadan olan ı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:

- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;

- subbakalavrlar;

- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.

2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri DİM-in saytında yerləşdirilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024