Mobil versiya
“Oğlum dedi ki, axırıncı dəfə olsun, oğlanla mahnı oxuyursan”
Tarix: 07-06-2021 | Saat: 17:26
Bölmə:Şou-biznes | çapa göndər

“Oğlum dedi ki, axırıncı dəfə olsun, oğlanla mahnı oxuyursan”

"Həyat yoldaşım əksər hallarda məni dəstəkləmir. Mənə deyir ki, proqramlara gedəndə ancaq mahnı oxu, danışma! Deyir danışanda problem yaranır. Adətən hər ailədə söz-söhbət olur. Ümumiyyətlə 4 ildən bir ailədə krizis olur, boşanma ərəfəsinə gəlib çatır. Bunu aşmaq lazımdır. Ya boşanacaqsan, ya da problemi həll edəcəksən. Təzə evlənmişdik, 3 aydan sonra məqalə çıxdı ki, artıq biz boşanmışıq. Bizim boşanmağımızı həvəslə gözləyənlər var idi".

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Dəyişən cavab" proqramında qonaq olarkən deyib. O, həyat yoldaşı Rövşən Cahangirovla münasibətlərindən söhbət açıb, əri tərəfindən əksər hallarda dəstəklənmədiyini bildirib.

Bundan əlavə, E. Xəlilova əvvəlki obrazına qayıtması barədə verilən suala belə cavab verib: "15 ildir ki, evliyəm. Qızımın 14 yaşı olacaq. Əvvəl tək idim, indi ailəm, övladlarım var. Analıq statusum var. Qızım mənim boyda olub, oğlumun bir neçə ilə 18 yaşı olacaq. Məsuliyyət daşıyıram. Özümü elə aparmalıyam ki, sabahı günü onların mənə görə başı aşağı olmasın. Əvvəllər də artıq-əksik hərəkət etməmişəm, geyimlərimdə vulqarizm olmayıb. O vaxtlar 24 yaşım var idi, mənim üçün yeniyetmə obrazı yaradılmışdı. Hazırda 41 yaşım var, o obraza qayıda bilmərəm, istəmərəm. Tamaşaçı onu məndən istəməsin. Uşaqlarım əvvəlki obrazımı izləyiblər. Oğlum Öndər Elşad Xose ilə duetimi görəndən sonra dedi ki, axırıncı dəfə olsun ki, oğlanla mahnı oxuyursan... Mən də ona söz verdim ki, bir də olmayacaq".

Elnarə "W-Trio" dövründə yaxın rəfiqələri olan Xalq artisti Röya Ayxan və Natavan Həbibi barədə də danışıb: "Bəlkə də, fərqli düşüncələrimizə görə Röya və Natavandan uzaqlaşdım. Həyat bizi ayırdı. Heç bir qalmaqalımız olmadı, onlardan küsülü deyiləm. Amma münasibətimiz, telefon nömrələri belə məndə yoxdur. Onlara zəng vurmağa belə ehtiyac yoxdur. Niyə zəng vurum? Mənim Röyaya paxıllıq etdiyimi düşünürlər. Röyada nə var ki, məndə yoxdur? Paxıllıq etməyə səbəbim yoxdur. Üzbəüz gələndə salamlaşırıq. Ən azından onlar salamımı alır, düşmən deyilik. Hamımız anayıq, üçümüz də istedadlıyıq. Müharibəyə nə ehtiyac var? Açıq deyim, Natavanla Röyanı birləşdirməyə can atmamışam. Yaşca onlardan böyüyəm, lakin barışdırmağa cəhd etməmişəm. Mən bildiyim qədərilə Röya məni bloka atıb. Onun instaqramda paylaşımlarını görmürəm. Bəlkə də, anlaşılmazlıq olub".

Efirə telefonla bağlanan Röya Ayxan qarşı tərəfin onu qara siyahıya atdığını bildirib: "Axırıncı dəfə səni toyda görmüşəm. Həyat yoldaşını götürüb bizə gələrsən! Sən məni instaqramda bloka atmısan, tapa bilmirəm".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024