Mobil versiya
Ramin Əhmədov: Türk dünyası ilə bağlı layihəmiz davamlı xarakterdə olacaq
Tarix: 07-06-2021 | Saat: 17:21
Bölmə:Təhsil | çapa göndər

Ramin Əhmədov: Türk dünyası ilə bağlı layihəmiz davamlı xarakterdə olacaq

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam edir. Könüllülər tərəfindən onlayn ensiklopediyada türk dünyasına dair məqalələr zənginləşdirilir və yeni məlumatlar yaradılır. Artıq türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə “Vikipediya”da yer alıb. Layihə çərçivəsində bu günədək 250-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, layihəyə start verilən gündən könüllülər bu işə çox böyük maraq göstərirlər. Könüllülər tərəfindən krım-tatar rəqqas, baletmeyster, teatr rejissoru, müasir krım-tatar xoreoqrafiyasının banisi Hüseyn Baqqal, XIV əsr monqol xanlarının kateqoriyası, Monqol platosunda formalaşan Şimali Yuan dövlətinin hökmdarı Elbəy Nigülesügçi xan, Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə, Krım türbələrinin şablonu, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Əzimova, görkəmli ərəb türkoloqu, tərcüməçi, professor Safsafi Əhməd Qaturi, “Azərbaycan Bayrağı” ordenli şəhid Daşqın Əhmədov, görkəmli qaraçay-balkar yazıçısı Muradın Ölməzin ilk dəfə 1999-cu ildə Nalçikdə yayınlanan, balkar xalqının sürgün həyatından bəhs edən, uşaqlar üçün yazılmış “Rənglənmiş oyuncaqlar” povesti və başqa mövzular haqqında məqalələr yaradılıb.

Ramin Əhmədov layihənin davamlı xarakter daşıyacağını söyləyib. “Əsas məqsədimiz türk dünyasının tarixini, dəyərlərini təbliğ etməkdir. Könüllülər zəngin və böyük irsi özündə daşıyan tariximizi təbliğ etmək missiyasını şərəflə yerinə yetirirlər. Gələcək nəsillər məlumatları oxuyaraq qürur hissi keçirəcəklər”, - deyə o qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024