Mobil versiya
Unibank müştəriləri ödənişləri telefonla edəcək
Tarix: 04-06-2021 | Saat: 19:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Unibank müştəriləri ödənişləri telefonla edəcək

Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər. Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib. Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası ilə ödəniş etmək mümkündür (https://www.youtube.com/watch?v=RHQjVSyaGqc ).

Bazardakı mövcud NFC texnologiyalı xidmətlərdən fərqli olaraq, ilk dəfə mobil tətbiqə daxil olmadan, sadəcə telefonu POS-terminala yaxınlaşdırmaqla, ödəniş etmək mümkündür. Hələ ki, Android smartfonlarda və Mastercard kartları üzrə istifadə olunan xidmətin, gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.

Unibank müştərisi NFC funksiyası olan telefonlarda uPay sistemində ödəniş kartını seçməklə, bu xidmətdən çox rahatlıqla istifadə edə biləcək.

Həmin kartla ödəniş etmək üçün:

100 AZN-dən aşağı məbləğlərdə sadəcə smartfonun ekranını işıqlandırmaq;
100 AZN və yuxarı məbləğlər üçün smartfonu blokdan açmaq kifayətdir.
Unibank kartın olmasa belə, UBank əlavəsini yükləyərək rəqəmsal kart yaratmaqla, NFC texnologiyalı ödənişlərindən istifadə edə bilərsən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024