Ana Vətən Partiyası Şabran rayon təşkilatı Məclisinin iclası keçirilmişdir.
Tarix: 25-04-2016 | Saat: 14:36
Bölmə:Gündəm | çapa göndər
Ana Vətən Partiyası Şabran rayon təşkilatı Məclisinin növbəti iclası keçirilmişdir. İclasda partiyanın Mərkəzi Şurasının üzvü Azər Quluzadə iştirak etmişdir. Rayon Məclisinin sədri Feyzulla Osmanov iclası açaraq məclis üzvlərini salamlamış və gündəliyi elan etmişdir.
Gündəliyin müzakirəsinə başlamazdan öncə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr nəticəsində şəhid olmuş oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gündəliyin birinci məsələsi Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən son hadisələrə həsir olunmuşdur.
Bu barədə AVP MŞ üzvü Azər Quluzadə çıxış edərək 2-5 aprelin tarixində cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirdi.
Məsələ üzrə rayon məclisi qərar qəbul etmişdir. Qərarda qeyd olunmuşdur ki, AVP Şabran rayon təşkilatının bütün üzvləri hər zaman Ali Baş Komandanın əmrinə müntəzir olmalı və torpaqlarımızın azad olunması üçün silaha sarılaraq döyüşməyə hazır olmalıdır.
İkinci məsələ barədə rayon təşkilatının sədri Nazim Muradəlizadə çıxış edərək partiyanın rayon təşkilatının son aylarda göstərdiyi fəaliyyət barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, təşkilat rayonda gedən ictima-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumları ilə birgə fəaliyyət göstərir və ölkə prezidentinin siyasətinin yerlərdə uğurla həyata keçirilməsi üçün rayonun siyasi rəhbərliyinə öz köməkliyini göstərir.
N.Muradəlizadə son aylarda Şabran rayonundan AVP sıralarına qoşulan yeni üzvlər barədə də məlumat vermişdir.
Sonda AVP Şabran rayon təşkilatına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.
Ana Vətən Partiyasının Mətbuat Xidməti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024