Mobil versiya
Mənzurə Musayeva Manafın CAVABINI VERDİ - Qalmaqal
Tarix: 04-06-2021 | Saat: 13:50
Bölmə:Şou-biznes | çapa göndər

Mənzurə Musayeva Manafın CAVABINI VERDİ - Qalmaqal

Müğənni Mənzurə Musayeva qalmaqalda olduğu həmkarı Manaf Ağayevdən danışıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Manafın efirdə olduğu "Xəbər-ətər" verilişinə zəng edən Musayeva bu sözləri deyib:

"Bəziləri kiminsə "şot"una tanınmaq istəyir. Ona görə duet oxuyurlar. Amma Manafla mənim duet ifa etməyimdə nə var ki? Tanınmış adam digər tanınmışla oxuya bilər. Burada problem yoxdur. Lakin yeni ifaçılar bir az tanınan kimi duet oxuduqlarını saymırlar. Göz qabağındadır, hamı bilir. Yalnız etikaya görə, Manaf, ya da başqası demək istəmir. Hamı bilir ki, kim nə işə görür. Manafda mənfi nə isə görməmişəm. Demişəm ki, 80 faizi belədir. Manaf bir duet oxuyur, sonra bitir. Nəzərdə tutduqlarım isə bir-birilərindən ayrı toya gedə bilmirlər. Bir-birilərini qısqanırlar, deyirlər, mənsiz harasa getmə. Guya Manaf bilmir? O, şou-biznesdə hər şeydən xəbərdardır".
Bu zaman M.Ağayev zarafatla həmkarına bunları deyib:
"Mənimlə duet oxuyandan sonra icazəsiz heç yerə getməyəcəksən".

Qeyd edək ki, M.Musayeva "Duet oxuyanlar sevgilidir" açıqlamasını vermişdi. O açıqlamadan sonra M.Ağayev Lent.az-a bildirib ki, Mənzurə düzgün danışmır:
"Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024