Mobil versiya
Kiçik həcmli kreditləri götürməyin yeni səmərəli innovativ yolu - VİDEO
Tarix: 04-06-2021 | Saat: 10:45
Bölmə:İqtisadiyyat | çapa göndər

Kiçik həcmli kreditləri götürməyin yeni səmərəli innovativ yolu -

Azərbaycanın maliyyə sektorunda xaricikapitallı yeni qurum - " BOKT Azpul" MMC bank olmayan kredit təşkilatı fəaliyyətə başlayır.

Heftelik.az-ın məlumatına görə, təşkilatın əsas fəaliyyət sahələrindən biri bıometrik texnologiyalar vasitəsilə kiçik həcmli kreditlərin verilməsi olacaq.

Bu məqsədlə qurum respublikanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq strukturu ilə müqavilə bağlayıb. Müqaviləyə görə biometrik texnologiya əsasında şəxsin kimliyi müəyyən edilərək, onun sorğusuna görə ona birdəfəlik elektron imza sertifikatı veriləcək.

Qeyd olunan sertifikat üztanıma və açıq açar texnologiyalarını özündə ehtiva edir. Bu üsulla elektron imza tələb olunan istənilən əməliyyatı onlayn qaydada aparmaq mümkündür. Biometrik texnologiyaya əsasən bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu da istifadəçi üçün rahatlıq yaradır.

Bu yeni təşkilat Qazaxıstanda yaradılıb və hazırda dünyanın 10 ölkəsiində - ABŞ, Avropa, Asiya, Rusiya və s. çox populyardır. Ən çox isə İngiltərədə intişar tapıb.

Azərbaycanda indiyədək fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından fərqli olaraq " BOKT Azpul" MMC müştərilərə ani kreditlər təqdim edəcək.



Məsələ ilə bağlı Heftelik.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev düşünür ki, səmərəli fəaliyyət göstərən bu təşkilat az müddət ərzində Azərbaycanda da populyar olacaq: “Çünki, həyat hər zaman gözlənilməz hadisələrlə doludur və heç kim onlardan sığortalanmayıb. Bəzən yolda olan sürücüyə, yemək, yanacaq və ya xırda təmir gərək olur. Ancaq baxıb görür ki, bu və ya digər səbəbdən cibində pulu yoxdur. Kərəmi burda ağlamaq tutur. Bax, belə yerdə onun dadına yollarda quraşdırılmış avtomat - terminallar çatacaq. Ona yaxınlaşan sertifikatı olan sürücü biometrik göstəricilərini təqdim edib 200 manata kimi girovsuz kredit götürə bilər. Təbii ki, sonradan krediti və faizini ödəməlidir. Buna oxşar hallar və ya xırda ehtiyacın xərcləri çox adamın başına gələ bilər. Sözsüz ki, belə hallarda da insan yenə " BOKT pul"- n köməyinə müraciət etməli olacaq. Belə halların isə çoxsaylı olacağına heç şübhə yoxdur. Bu sistemin fəaliyyəti həmçinin ölkənin maliyyə sistemində yüzlərlə iş yerlərinin yaranmasına təkan verəcək. Bütün qeyd olunan bu müsbət amilləri sərv-nəzər edərək, tam əminliklə deyə bilərik ki, bu sistemin tətbiqi əhalinin böyük razılığına səbəb olacaq və onun üçün rahatlıq yaradacaq. Buna görə bu xeyirxah işi çox bəyənir, təqdir edir, onun ideya müəlliflərinə və icraçılarına yeni uğurlar diləyirik”.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024