İnqilab Musayev: “Heç bir qüvvə Azərbaycanı tərəqqi və inkişaf yolundan döndərə bilməz”
Tarix: 31-05-2021 | Saat: 18:13
Bölmə:Təhsil | çapa göndər
“Azərbaycan xalqı üçün torpaqlarımızın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası hər zaman ümummilli məsələ olub. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, düşünülmüş siyasət ölkəmizdə indiyədək müşahidə olunmamış ən yüksək səviyyədə milli birlik və həmrəyliyin yaranmasına səbəb oldu. Bu birlik Azərbaycanın Vətən müharibəsində Qələbəsini təmin edən əsas amillərdən biri kimi çıxış etdi. Dövlətimizin başçısı daima dünyanın ən mötəbər kürsülərindən etdiyi çıxışlarında bu fikri səsləndirirdi ki, biz heç vaxt işğalla barışmayacağıq və biz barışmadıq. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının və Azərbaycan Prezidentinin əzmini, iradəsini bütün dünyaya göstərdi. Bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycanı daha böyük perspektivlər, daha dinamik inkişaf gözləyir. Bu inkişafın ən möhtəşəm təzahürləri də özünü məhz işğaldan azad edilmiş ərazilərdə göstərəcək.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev deyib.
İşğaldan azad edilmiş ərazilərdə erməni vandallarının 30 il ərzində törətdikləri vəhşiliklərin əslində insanlıq əleyhinə cinayət olduğunu vurğulayan müsahibimiz deyib ki, artıq bu faktları bütün dünya görür və etiraf edir. Lakin bütün bunlara rəğmən hələ də ermənipərəst mövqeylərindən çəkilməyən və Azərbaycana qarşı hansısa əsassız ittihamlar irəli sürən qüvvələr öz miskin siyasətlərini davam etdirməyə çalışırlar: “Bu gün erməni işğalçılarının 30 il ərzində işğal altında saxladıqları əzəli və əbədi Azərbaycan torpaqlarında hansı vəhşiliklər, hansı vandalizm aktları törətdikləri artıq bütün dünyaya məlum olur. Bu ərazilərdə erməni faşistləri Azərbaycanın əsrlərdən süzülüb gələn milli-tarixi irsini silmək üçün əllərindən gələni ediblər. Şəhərlərimiz, kəndlərimiz viran qoyulub, təbii sərvətlərimiz talan edilb, tarixi-mədəni abidələrimiz dağıdılıb. Bu gün işğaldan azad edilmiş ərazilərə ezam olunan beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər gördüklərindən dəhşətə gəlirlər. Təkcə Ağdam şəhərində erməni vandalizminin nəticələrini görən xarici media nümayəndələri bu şəhəri Qafqazın Xirosiması adlandırıblar. Lakin erməni işğalı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq əleyhinə ağır cinayətlərə yol açıb. Bununla belə, bütün bu hiddət doğuran faktlara baxmayaraq, bu gün dünyada ermənipərəst mövqeylərini hələ də tərk etməyə tələsməyən, Azərbaycana qarşı yersiz, əsassız ittihamlar irəli sürən, hansısa bəyanatlar səsləndirən ölkələr də var. Bu ölkələr bəlkə də nə vaxtsa malik olduqları nüfuzlarına güvənərək Azərbaycana təzyiq göstərmək, dövlətimizi öz iradəsinin əksinə hansısa addımlar atmağa məcbur etmək xülyasındadırlar. Lakin bütün bunlar həqiqətən də boş xülyadır. Bu barədə ən müdrik fikirləri də Azərbaycan Prezidenti cənab İlham Əliyev may ayının 25-də Ağdamda səfərdə olduğu zaman etdiyiçıxışında söyləmişdir. Dövlətimizin başçısı belə demişdir: “Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq.” Bəli, Azərbaycan artıq qalib dövlətdir və bundan sonra heç bir qüvvə bizi öz tərəqqi və inkişaf yolumuzdan geri döndərə bilməz.”
Daha sonra İnqilab Musayev Ağdam şəhərində bir neçə vacib əhəmiyyətli obyekt və müəssisələrin təməlinin bilavasitə Prezident İlham Əliyev tərəfindən qoyulmasının xüsusilə böyük əhəmiyyət kəsb edən məqam olduğunu vurğulayaraq bunları deyib: “Artıq neçə müddətdir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərapa-quruculuq işləri aparır və dövlətimizin başçısı mütəmadi olaraq həmin bölgələrə səfərlər edir. Təbii ki, bu səfərlər aparılan bərpa-quruculuq işlərinin bilavasitə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən Ölkə Prezidentinin Ağdama may ayının 28-də etdiyi növbəti səfər də əlamətdar oldu. Məhz bu səfər çərçivəsində azad edilmiş torpaqlarda ilk olaraq Ağdam şəhərinin Baş Planı artıq təsdiqləndi. Möhtərəm Prezidentimiz öz çıxışında həmçinin qeyd etdi ki, hazırda Şuşa şəhərinin Baş Planı hazırlanır və artıq bir müddətdən sonra bu plan da təsdiqlənəcək. Həmçinin Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Həmçinin bu tarixi səfər çərçivəsində Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcək. Eyni zamanda, Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişilə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası dövlət başçısına təqdim edildi. Şəhərin içində 125 hektarlıq böyük bir meşə sahəsinin təməli qoyuldu. Ümumiyyətlə bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq və eyni zamanda da buradakı bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bütün bunlar bir daha Azərbaycan xalqının yaradıcı ruhunu və bu torpaqların əsl sahibinin kimliyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024