Mobil versiya
Polkovnik “Hafka“nın qarşısını kəsdi, əlbəyaxa oldular...
Tarix: 25-04-2016 | Saat: 11:27
Bölmə:Seçilənlər-4 | çapa göndər

Polkovnik “Hafka“nın qarşısını kəsdi, əlbəyaxa oldular...



Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov ilə “Bakı” futbol klubunun prezidenti, “Baghlan Group FZCO”-nun prezidenti, 2016-cı il yanvarın 18-də lisensiyası ləğv edilən “Bank of Azerbaijan” ASC-nin sahibi Hafiz Məmmədov arasında ciddi mübahisə olub


“Ölkə.az”-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan öncə Bakı şəhəri, H.Əliyev küçəsi 24 ünvanında Vaqif Əsədov idarə etdiyi “BMW” markalı “90-YP-333” nömrə nişanlı xidməti avtomobili ilə iş adamı Hafiz Məmmədovun içərisində olduğu “Mercedes-Benz Vita” markalı avtomobilin qarşısını kəsib.

Hadisə Hafiz Məmmədov həmin ünvandakı “Bank of Azerbaijan” ofisinə işə gələn zaman baş verib.
Bu hadisə baş verən zaman ətrafda xeyli sayda şahid insanlar da olub, hətta onlardan bəziləri hadisəni telefonlarına da çəkməyə nail olublar.

Vaqif Əsədov Hafiz Əsədovun avtomobilinin qarşısını kəsəndən sonra iş adamı onunla görüşməyə razılıq verib və söhbətin ikilikdə aparılmasını təklif edib. Ancaq Vaqif Əsədov bu cür təkliflərin növbəti vaxt uzatması olduğunu söyləyərək, vaxtilə “Bank of Azerbaijan”-a qoyduğu əmanətlərin təcili şəkildə ona qaytarılmasını israrla tələb edib. “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Vaqif Əsədovu əmin edib ki, onun qoyduğu pul əmanətləri batmayacaq, gec-tez ona qaytarılacaq.

İş adamının bu vədləri Vaqif Əsəsdovu qane etməyib. Bu zaman V.Əsədovla H.Məmmədov arasında gedən dialoq daha da kəskinləşib. Vəziyyət o həddə çatıb ki, işə Hafiz Əsədovun mühafizəçiləri qarışmalı olub.

Mühafizəçilər Vaqif Əsəsdov və digər polislərə qarşı kobud davranaraq, onları Haviz Məmmədovun olduğu avtomobil ətrafından kənarlaşdırıblar.

Hadisə şahidləri “Ölkə.az”-a deyir ki, Vaqif Əsəsdov demək olar ki, hər gün keçmiş “İnqilab” küçəsində (İndiki adı Həsən Əliyev küçəsi gedir – red) yerləşən lisenziyası ləğv olunan “Bank of Azerbaijan”-ın ofisinə baş çəkir, banka qoyduğu vəsaitlərin aqibəti ilə maraqlanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024