Mobil versiya
Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar 12 təlim mərkəzində kurs təşkil edilib
Tarix: 31-05-2021 | Saat: 13:17
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar 12 təlim mərkəzində kurs təşkil edilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, UNICEF-in Azərbaycan nümayəndəliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə həyata keçirilən “Proact Təlim” proqram yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı profilaktik və cavab tədbirləri üzrə səhiyyə işçilərinin potensialını, bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır. Proqram çərçivəsində Türkiyədən olan mütəxəssislərin iştirakı və dəstəyi ilə Bakı, Gəncə, Mingəçevir, Şəki, Quba, Göyçay, Şirvan və Biləsuvarda təşkil edilən 12 təlim mərkəzində 32 həkim-təlimçi qrupu tərəfindən kurslar aparılır.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadovanın apardığı təlimlərə həkimlər, tibb bacıları və əczaçılar cəlb olunurlar.

Kurslarda ÜST-nin COVID-19 ilə bağlı məlumatlarına dair nəzəri təqdimatlarla yanaşı praktiki məşğələlərə də yer ayrılır. İndiyədək İnstitutun əməkdaşları tərəfindən aparılan 27 kursda 188 həkim və tibb bacısı iştirak edib. Təlim iştirakçıları əldə etdikləri bilik və bacarıqların maraqlı və faydalı olduğunu bildiriblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024