Mobil versiya
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 28 şəhər və rayonda təşkil olunacaq
Tarix: 31-05-2021 | Saat: 13:12
Bölmə:Təhsil | çapa göndər

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 28 şəhər və rayonda təşkil olunacaq

İyunun 2-3-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.

İyunun 2-də keçiriləcək imtahanda 18 min 609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20 min 438 nəfər olmaqla, ümumilikdə 39 min 47 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə