Mobil versiya
Ərləri Rusiyada olan qadınlar Kürdəmirdə döyülüb?
Tarix: 31-05-2021 | Saat: 12:43
Bölmə:Ölkə | çapa göndər

Ərləri Rusiyada olan qadınlar Kürdəmirdə döyülüb?

Son günlər Kürdəmir rayonunda dörd qanının evinə basqın edilərək döyülməsi haqqında iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılan iddialara görə, naməlum şəxs ərləri Rusiyada olan və uşaqları ilə birlikdə tək yaşayan qadınları hədəfə alıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı bir vətəndaş polisə müraciət edib:

“Həmin müraciət üzrə araşdırma aparılır, yekunda əmələ hüquqi qiymət veriləcək. Bu müraciət üzrə də basqın və ya döymə faktı qeydə alınmayıb. Sadəcə evə qanunsuz daxil olma barədə şikayət edilib. Digər üç qadının hücuma məruz qalması barədə məlumat həqiqəti əks etdirmir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025