Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir
Tarix: 31-05-2021 | Saat: 11:44
Bölmə:Ölkə | çapa göndər
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı.
30 il ərzində erməni vandalları dədə-baba torpaqlarımızda olmazın vandallıqlarını törətmiş, tarix abidələrimizə, milli mədəni irsimizə xeyli ziyan vurmuşlar. Qarabağımızın füsünkar təbiəti talan edilmiş, mədəni, tarixi abidələrimiz dağıdılmışdır. Ermənistan dövləti öz düşmənçiliyini bir daha biruzə verərək minalanmış ərazilərin xəritəsini verməmişdir.
Erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərə azadlığa qovuşmuş torpaqlarımızın hər qarışında rast gəlinir. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu və onun iç üzünü bir daha təcəssüm edir.
Qazanmış olduğumuz parlaq Zəfərimiz bu gün işğaldan azadlığa qovuşmuş torpaqlarımızda yeni dönəmin yaranmasına səbəb olmuşdur. Artıq əzəli və əbədi torpaqlarımızda yeni quruculuq, yenidənqurma və bərpa işləri başlayıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. Yeni inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə ediləcək.
Həmçinin, təsdiq ediləcək Baş Plan əsasında Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaqdır. Cənab Prezidentin Ağdama səfəri zamanı yeni sənaye parkının, 140 illik tarixi olan 1 saylı məktəbin və Bərdə-Ağdam avtomobil yolunun təməlinin qoyulması bunu bir daha sübut edir. Ağdamda sənaye parkinin yaradılması iqtisadi baxımdan çox əhəmiyyətlidir. Çünki bu sənaye parkı yeni üsullarla idarə olunacaq və bilavasitə “ağıllı şəhər” konsepsiyasına uyğun inkişaf etdiriləcəkdir. Yeni sənaye parkında müasir texnologiyalar əsasında bir çox məhsulların istehsalı nəzərdə tutulur ki, bu da ölkəmizdə müxtəlif məhsullara olan tələbatın ödənilməsi üçün çox vacibdir. Bütün bunlar iqtisadi inkişafımıza mühüm töhfə verəcəkdir.
Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır. Həmçinin yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaqdır. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə iştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə azadlığa qovuşmuş torpaqlarımıza böyük coşğu ilə qayıdırıq.
Zamiq Əsgərov,
Salyan şəhər 8 saylı tam orta məktəbin hərbi müəllimi, Qarabağ qazisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər