UNİVERSİTETDƏ ONLİNE SEMİNAR TƏŞKİL EDİLMİŞDİR - FOTOLAR
Tarix: 27-05-2021 | Saat: 11:13
Bölmə:Təhsil | çapa göndər
Gəncə Dövlət Universitetinin (GDU) İnnovasiyalar Departamentinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) iştirakı ilə “Akkreditasiya Prosesində ekspertlərin rolu” mövzusunda onlayn seminar təşkil olunub.
Seminarın keçirilməsində məqsəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 493 nömrəli qərarı ilə təsdiq edilmiş yeni “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyi ilə akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya Komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat vermək olub.
“Akkreditasiya Prosesində ekspertlərin rolu” mövzusunda baş tutan seminarda GDU-nun bütün fakültələrini təmsil edən müəllimlər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə çıxış etmişdir. O, universitet haqqında qısa məlumat verdikdən sonra bu prosesdə aktiv iştirak edə biləcək əməkdaşların universitetimizdə kafayət qədər olması haqqında məlumat vermişdir. Sonda bu prosesdə iştirak etmək istəyən hər bir əməkdaşımıza uğurlar arzu edib.
Daha sonra tədbirdə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov geniş təqdimatla çıxış edib. A.İlyasov “Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tanışlıq”, “Agentliyin fəaliyyət istiqamətləri”, “Akreditasiyaya dair əsas anlayışlar”, “Akreditasiya Komissiyasının vəzifə və hüquqları”, “Ekspertlərin seçilməsi və onlara olan tələblər” barədə də iştirakçılara ətraflı məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024