Mobil versiya
Təbriz Abdullazadə ADAU və digər ali təhsil müəsisələrinin məzunlarını təbrik etdi
Tarix: 26-05-2021 | Saat: 15:46
Bölmə:Təhsil | çapa göndər

Təbriz Abdullazadə ADAU və digər ali təhsil müəsisələrinin məzunlarını təbrik etdi

İnsan həyatında xatirəsi, işığı bir ömrə bərabər elə unudulmaz illər, günlər olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir, yenidən bir ömür yaşamaq qədər zövq verir. Xatirəsinə daldıqca ömrünü təravətləndirir, rövnəqləndirir, qüruba üz tutan həyat günəşini yenidən şölələndirir. Ömrün ən qayğısız, unudulmaz tələbəlik illəridir bu illər... G

əncliyin şah damarı, nəbzi tələbəlik illəri... Ən şən, bəxtəvər, bəzən də nisgilli, aşkar-gizli sevdaların şahidi tələbəlik illəri... Ömür pilləsində məramını, mənliyini, qətiyyətini, varlığını bərqərar edən tələbəlik illəri... Həyat, bilik "əla!"larını qətrə-qətrə, damla-damla qazandıran, mübarizlik, prinsipiallıq aşılayan tələbəlik illəri...

Həyatın pusquda durmuş keşməkeşlərindən, dolanbac yollarından, mürəkkəb sınaqlarından bixəbər tələbəlik illəri... Bir vaxt həyat idealına çevrilmiş, sonra isə pərvazlana-pərvazlana səni də özü ilə zirvədən-zirvəyə uçuran yel qanadlı illər - tələbəlik illəri... Bu da finiş... Sevincli, kədərli, ayrılıq, nisgil, fərəh dolu məzun günü... Xoş müjdəli sabahların qoynuna ümid, arzu yelkəni açan məzun günü.

ADAU-nun ictimai-siyasi həyatında yüksək xidmətləri olmuş tələbələrdən Orxan Muradzadəni, Mirqədir Əliyevi, Nihad Ağababayevi, Ali Abdürrəhmanovu, Cavid Kərimovu, Röyal Nəsibovu və.s. və BSU-nun dəyərlu tələbələrindən Emiliya Əliyevanın simasında, bütün məzunları ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!

Təbriz Abdullazadə
ADAU-nun "Baytarlıq təbabəti" fakültəsinin TGT sədr müavini, AMAL-ın Lerik üzrə səfiri.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024