Mobil versiya
Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir
Tarix: 25-05-2021 | Saat: 18:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir

Cənubi Qafqazın Yaxın Şərq, Avropa və Asiya arasında qovuşma nöqtəsində yerləşdiyini, əlverişli geosiyasi mövqeyə malik olduğunu nəzərə alaraq, onu həyati əhəmiyyətə malik olan bir region kimi xarakterizə etmək olar. Tarix boyu hegemon güclər bu regionu qonşu ərazilərdə öz nüfuz dairələrini yaymaq məqsədilə baza qismində nəzərdən keçirmişlər. Azərbaycan bu regionda tarixin bütün zamanlarında lider dövlət olmuşdur. Son zamanlarda ölkəmizin nüfuzunun artması ilə ölkəmizə olan diqqət və maraq daha da atmışdır. Xüsusilə, Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ölkəmizin beynəlxalq aləmdə artan imicinə daha da şan şöhrət gətirmişdir. Mənfur Ermənistanı işğal etdiyi torpaqlarımızdan qovub çıxarmağımız və döyüşlərdə əsgərlərimizin şücaəti və döyüş taktikası bütün dünya mediasının diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq prespektivləri” adlı tədbirdə çıxış etmişdir. Cənubi Qafqazda iqtisadi və siyasi əməkdaşlıq sahəsində Azərbaycan ən qabaqcıl ölkədir. Bir sıra beynəlxalq konfranslar və tədbirlər Azərbaycanda reallaşdırılmışdır. Dünyanın ən öndə gedən maliyyə, iqtisadi və sosial layihələrində ölkəmiz ən fəal şəkildə təmsil olunmuşdur. Bölgənin enerji təhlükəsizliyində Azərbaycanın özünəməxsus yeri və rolu vardır. Beynəlxalq layihələrin icrasında və beynəlxalq əməkdaşlıqda Azərbaycanın mövqeyi hər zaman birmənalı və qətiyyətli olmuşdur. Dünyanın ən nəhəng iqtisadiyyatına sahib olan ABŞ, Rusiya və Çin ilə çoxşaxəli siyasi və iqtisadi əlaqələrimiz mövcuddur. Eyni zamanda region dövlətlərindən Türkiyə və İranla çox geniş ticari və iqtisadi əlaqələrimiz vardır. Azərbaycan Respublikasının qonşuluqda olan bütün region ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əməkdaşlığı var. İşğalçı Ermənistan 30 il müddətində bütün beynəlxalq və regional layihələrdən kənarda qalmasının tək səbəbi qədim və tarixi Azərbaycan torpağı olan Qarabağı işğalda saxlaması olmuşdur. Ermənistanın son 6 ay ərzində böhran vəziyyətində və çox ağır psixoloji şəraitdə yaşamasının səbəbi rəsmi İrəvanın işğalçı siyasətinin təzahürü kimi xarakterizə etmək olar.

Avropa İttifaqı ilə də çox gözəl münasibətlərə malik olan Respublikamız regionda sülhün sabitliyin və təhlükəsizliyin qarantıdır. Azərbaycan bütün regon dövlətləri ilə dinc şəraitdə yaşamağın tərəfdarıdır. Ermənistan Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə mane olmağa çalışır. İqtisadi və maliyyə böhranı içində itib-batan Ermənistan onu anlamaq istəmir ki, bu dəhlizin açılması ilk öncə onun özünün iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir. Zəngəzur dəhlizi elə bir geopolitik mövqeəyə malikdir ki, o nəinki Azərbaycan üçün eyni zamanda bütün region dövlətləri üçün əvəzsiz bir layihədir. Uzun müddət torpaqlarımızda işğalçılıq siyasəti və terror həyata keçirən Ermənistandan fərqli olaraq Azərbaycan Ermənistanla əməkdaşlığa hazırdır. Cənubi Qafqaz regionunun gələcək inkişafı təhlükəsizliyi və sabitliyi naminə bu əlaqələrin çox böyük önəmi vardır.Bu əlaqələrin yaxşılaşdırılmasında ABŞ daha aktiv rol oynaya bilər. Uzun illər Minisk qrupunda fəaliyyətindən dolayı ABŞ-ın bu sahədə fəaliiyəti çox önəmlidir.Azərbaycan Respublikası bütün Cənubi Qafqaz regionu dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.

Loğman Müslümov,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025