Cavanşir İsmayılov ömrü
Tarix: 22-05-2021 | Saat: 23:58
Bölmə:Gündəm | çapa göndər
![Cavanşir İsmayılov ömrü](/uploads/posts/2021-05/1621713345_h-1.jpg)
Rejissor Muxtar Dadaşovun yazıçı Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında ekranlaşdırılan “Qanun naminə” filmi o qədər uğurlu alınmışdı ki, filmin ekranlara çıxdığı 1969-cu il Azərbaycan gəncliyinin o zamana qədər çox da maraq göstərmədiyi bir sahənin önə çıxmasına səbəb oldu…
“Qanun naminə” filmi rejissor Muxtar Dadaşovun ilk işi olsa da, Rza Təhmasib, Adil İsgəndərov, Mustafa Mərdanov, Nəcibə Məlikova, Rza Əfqanlı, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Əliağa Ağayev, Flora Kərimova kimi sənətkarların iştirak etdiyi film böyük sənət əsərinə çevrilmişdi. Bimbolat Vatayevin yaratdığı prokuror Mehman Atamoğlanov obrazı isə o qədər uğurlu olmuşdu ki, gənc prokuror qısa müddətdə Azərbaycan gəncliyinin kumirinə çevrildi. Belə ki, “Qanun naminə” filmindən sonra Azərbaycanda gənclər arasında hüquqşünas omaq istəyənlərin sayı sürətlə artdı.
Cavnaşir İsmayılov də “Qanun naminə” filmini izlədikdən sonra əsərin qəhrəmanı prokuror Mehman Atamoğlanov kimi hüquqşünas olmaq niyyətinə düşmüş Azərbaycan gənclərindən biri idi. Bu niyyəti onu 1971-ci ildə o zaman S.M.Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə gətirib çıxardı. Universitetdə təhsil aldığı illərdə belə, gənc prokuror obrazı Cavnaşir İsmayılovu tərk etmir. Buna görə də təhsilini başa vurduqdan sonra, rayon prokurorluqlarından birinə göndərilməsini istəyir. Bu istəyi üzərinə Göyçay rayon prokurorluğuna təyinat alır.
İllər sürətlə bir-birini əvəz edir və Azərbaycanın da daxil olduğu Sovet İttifaqında ciddi proseslər baş verir. Ölkədə aşkarlıq və qanunçuluğun gücləndirilməsi önə çəkilir. Yeni şərait isə ilk öncə prokurluğun fəaliyyətinin gücləndirilməsini tələb edirdi. Bu şərtlər onun Göyçay Rayon Prokurorluğundan Respublika Prokurorluğuna təyin olunmasına səbəb olur. Respublika Prokurorluğunda məhkmələrdə cinayət işlərinə baxılmasına nəzarət idarəsində öncə prokuror, daha sonra isə böyük prokuror olaraq çalışır.
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Respublika Prokurorluğunun fəaliyyətində yeni mərhələ başlayır. Cavanşir İsmayılov da Respublika Prokurorluğunda şöbə rəisi vəzifəsinə yüksəlir. Prokurorluq orqanlarında 22 illik fəaliyyəti zamanı hər zaman xidməti yüksək qiymətləndirilən Cavanşir İsmayılov bir sıra təltiflərə layiq görülüb. Cavanşir İsmayılovun əmək fəaliyyətində Konstitusiya Məhkəməsi aparatının baş məsləhətçisi işləməsi dövrü də olub.
Süleyman Rəhimovun “Mehman” povestinin qəhrəmanı prokuror Mehman Atamoğlanov sadəcə hüquqşünas deyil, eyni zamanda ictimai xadimdir. Əsər boyu onun qadın hüquqlarının müdafiəsindən başlamış, mədəniyyətin təbliği kimi müxtəlif ictimai fəaliyyətindən bəhs edilir. Bu obraz 70-ci illərdə hüquq təhsili almış gənclikdə dərin iz buraxıb. Azərbaycanın ictimai-siyasi həyatında ən çox yer alanların önündə 70-ci illərdə hüquq təhsili almış insanlar gəlir. Cavanşir İsmayılovu da Könüllü Hərbi Vətənpərlik Texniki İdman Cəmiyyətindəki (KHVTİC) fəaliyyətini bununla izah etmək olar. Əgər ictimai fəaliyyətə marağı olmasaydı, təqaüdçü kimi bir kənara çəkilərdi. İctiami fəallığı onu KHVTİC-nin Respublika Şurasının sədr müavinliyinə qədər yüksəlidir. Prokurorluqdakı xidməti yüksək qiymətləndirildiyi kimi, KHVTİC-dəki fəaliyyəti də yüksək qiymətləndirilmiş, “Hərbi Vətənpərlik işlərində xidmətlərinə görə”, “MDB-nin KHVTİC-nin 85 illiyi”, “Xidmətə görə” orden və medallarla təltif olunub. İctami fəaliyyəti MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülər Komitəsinin əmri ilə Cavanşir İsmayılov “Sovet qoşunlarının Əfqanistandan çıxarılmasının 20 illiyi” medalına layiq görülməsinə səbəb olub.
Povest qəhrəmanının yolu ilə gedərək, prokurorluq orqanlarında Baş Ədliyyə Müşaviri rütbəsinə yüksələn Cavanşir İsmayılovun ömürü yolu budur. Bu yol gəncliyə xəyal qurmaq və xəyallarının ardınca getmək yolunda bir nümunədir.
Arzuman LOĞMANOĞLU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025