Mobil versiya
“Aylarla zorlanıb hamilə halda küçəyə atıldım” - Ledi Qaqadan etiraf:
Tarix: 22-05-2021 | Saat: 10:00
Bölmə:Şou-biznes | çapa göndər

“Aylarla zorlanıb hamilə halda küçəyə atıldım” - Ledi Qaqadan etiraf:

Amerikalı məşhur müğənni Ledi Qaqa keçmişi ilə bağlı diqqətçəkici açıqlamalar verib.

O, bu barədə "The Me You Can't See" proqramında danışıb.

35 yaşlı "Oscar" və "Grammy" mükafatlarına layiq görülən müğənni prodüser tərəfindən zorlandığını deyib.

AİA.Az oxu.az-a istinadən bildirir ki, o, 2014-cü ildə təcavüzə məruz qadığını açıqlasa da, ilk dəfə yaşadıqları barədə bu qədər açıq danışıb.

Məşhurun sözlərinə görə, həmin şəxs onu aylarla studiyada bağlı saxlayıb və dediklərini etməzsə, mahnıların səsyazmalarını yandırmaqla hədələyib, onu zorlayaraq hamilə vəziyyətdə küçəyə atıb.

"İllərlə əvvəlki qız olmadım. Özümə xəsarət yetirirdim. Elə bilirdim ki, bunu başqası görsə, yaxşı olacağam. Ancaq bu bir işə yaramır. Ona görə də, belə vəziyyətdə olanlara deyirəm ki, insanlara nəsə göstərməyin, onlara nə hiss etdiyinizi deyin", - deyə o aldığı travmalardan uzun müddət özünə gəlmədiyini bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024