Müşfiq Hətəmov "Space"in direktoru təyin olunub
Tarix: 20-05-2021 | Saat: 17:51
Bölmə:Ölkə | çapa göndər

"Space" televiziyasına yeni direktor təyin olunub.
Azvision.az -ın məlumatına görə, Müşfiq Hətəmov televiziya kanalının yeni direktoru təyin edilib. O, bu gün kollektivə təqdim olunub.
Müşfiq Hətəmovun “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi 8 il islahatlar dövrü kimi yadda qalıb. Həmin illərdə 120-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarılıb, onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları və s. yetişib.
Müşfiq Hətəmovun təşəbbüsü ilə müasir Azərbaycan kinosunda yeni bir mərhələnin başlanğıcı üçün “Kinematoqrafiya haqqında qanun” hazırlanaraq Milli Məclisə təqdim edilib. Əgər 2011-ci ilə qədər Azərbaycan filmlərinin çəkiliş prosesində daha çox İran, Rusiya və Türkiyə mütəxəssislərinə yer verilirdisə, 2012-ci ildən sonra istehsalata buraxılan ekran əsərlərinin mütləq çoxluğunu yerli mütəxəssislər təşkil edib.
Bu müddətdə Azərbaycan kinosu beynəlxalq arenada uğurla təmsil olunub, 154 festivalda 81 mükafat qazanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-03-2025
14-03-2025