Mobil versiya
Bakıda torpaq qiymətləri bahalaşır - Mövsümün təsirləri
Tarix: 20-05-2021 | Saat: 09:21
Bölmə:Ölkə | çapa göndər

Bakıda torpaq qiymətləri bahalaşır -

Yay mövsümü yaxınlaşdıqca torpaq qiymətlərində bahalaşma davam edir.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, aprel ayında Bakıda torpaq bazarında orta qiymət 21263 manat/sot olub.

Onun sözlərinə görə, qiymətlərdə 2,63 faiz bahalaşma qeydə alınıb.

Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır. N.İbrahimov bildirib ki, yay mövsümü ərəfəsində torpaq bazarında aktivlik artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olur.

Ekspert torpaq qiymətləri ilə yanaşı fərdi yaşayış və bağ evlərinin də qiymətində artım müşahidə olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025