Mobil versiya
Azərbaycanın neft magistral yolları ilə nəql olunan neftin 76 faizi BTC-nin payına düşüb
Tarix: 20-05-2021 | Saat: 08:37
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın neft magistral yolları ilə nəql olunan neftin 76 faizi BTC-nin payına düşüb

2021-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,06 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz azdır.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 76,1 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 11,9 milyon ton neft nəql edilib.

Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,28 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024