Mobil versiya
Şəhid Verdiyev Natiq Əlmurad oglunun əziz xatirəsinə həsr olunmuş "Elin igid oğulları" adlı tədbir keçirilib - FOTOLAR
Tarix: 19-05-2021 | Saat: 19:02
Bölmə:Təhsil | çapa göndər

Şəhid Verdiyev Natiq Əlmurad oglunun əziz xatirəsinə həsr olunmuş "Elin igid oğulları" adlı tədbir keçirilib


Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xələnc kənd ümumi orta məktəbində Şəhid Verdiyev Natiq Əlmurad oglunun əziz xatirəsinə həsr olunmuş "Elin igid oğulları" adlı tədbir keçirilib.

Şəhidlərin ailə üzvləri məktəbin foyesində igidlərimizin əziz xatirəsinə həsr olunmuş stend və güşələrlə tanış olublar

Sonra davam edən tədbir dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda Şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev çıxış edərək Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. İllər ərzində yağı düşmənin tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandanın, cənab Prezidentimizin rəhbərliyi ilə azad olunması hər birimizin qürur mənbəyi olmasını bildirən RTŞ müdiri, Şəhid ailələrinin Xızı rayonunda da rayon İcra Başçısı tərəfindən hər zaman diqqətdə saxlanılması və bu sahədə mütəmadi tədbirlərin keçirilməsi haqqında məlumat verib.

Bildirilib ki, RTŞ rəhbərliyi olaraq rayonun bütün Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilərək, keçdikləri döyüş yolları haqqında guşə və stendlər hazırlanır. Hər bir Şəhidin xatirəsinə və adına nəticələri ilə yüksək fərqlənən siniflərə, şagirdlərdə ruh yüksəkliyi, Vətənpərvərlik hislərinin artırılması məqsədi ilə adları verilir.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024