Mobil versiya
Bakıda orta məktəblərdə tədris necə təşkil edilir? - BŞTİ-dən AÇIQLAMA
Tarix: 19-05-2021 | Saat: 17:39
Bölmə:Təhsil | çapa göndər

Bakıda orta məktəblərdə tədris necə təşkil edilir? - BŞTİ-dən AÇIQLAMA

Bakıda orta məktəblərdə I-IX siniflərdə hibrid formada tədris aparılır. Ümumilikdə distant dərs zamanı şagirdlərin davamiyyətini qənaətbəxş hesab etmək olar.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub.

O qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024