Mobil versiya
Ağdamda ermənilərin əkdiyi narkotik plantasiyası aşkarlandı - FOTO
Tarix: 19-05-2021 | Saat: 10:00
Bölmə:Ölkə | çapa göndər

Ağdamda ermənilərin əkdiyi narkotik plantasiyası aşkarlandı -

Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik tərkibli maddələrin əkin sahəsi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə