Mobil versiya
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Tarix: 18-05-2021 | Saat: 16:42
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 316 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib. 9 460 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116, bu günə qədər isə ümumilikdə 3 404 046 test icra olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə