Mobil versiya
Şagirdlər arasında rəsm müsabiqəsi: Müəllimim məni qoruyur
Tarix: 18-05-2021 | Saat: 16:39
Bölmə:Təhsil | çapa göndər

Şagirdlər arasında rəsm müsabiqəsi: Müəllimim məni qoruyur

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Uşaqların müdafiə ayı” çərçivəsində I-XI sinif şagirdləri arasında keçirdiyi “Müəllimim məni qoruyur” rəsm müsabiqəsi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi şagirdlərin xəyal dünyasını inkişaf etdirmək, onların müdafiəsində müəllimin roluna və töhfəsinə diqqət çəkməkdir.

Müsabiqənin şərtləri:

- Rəsm işləri mayın 20-dək [email protected] elektron ünvanına göndərilməlidir;

- Elektron məktubun mövzu bölməsində şagirdin adı, soyadı və oxuduğu məktəb qeyd olunmalıdır.

Qeyd edək ki, göndərilən rəsm işləri mayın 25-dən 30-dək AGMA-ın rəsmi feysbuk səhifəsində yayımlanacaq. Bütün əsərlərdə müəllifin adı, soyadı və oxuduğu məktəb haqqında məlumat qeyd olunacaq. Sonda ən çox bəyənmə toplayan əsərin müəllifi qalib olacaq. Qalibin adı iyunun 1-də elan ediləcək. Qalibə AGMA tərəfindən sertifikat və kitab kuponu təqdim olunacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024